Yolu keçmək istəyən 15 yaşlı qızı maşın vurdu - Fotolar

SOSİAL
22:31 12.12.2019
5890
Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM-u  Qafqazinfo-ya istinadən verdiyi  məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, "Daewoo” markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızını vurub.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

 


OXŞAR XƏBƏRLƏR