Yolunu azan azərbaycanlı 9 gündən sonra tapıldı - VİDEO

Yolunu azan azərbaycanlı 9 gündən sonra tapıldı -  VİDEO
Bütün Xəbərlər
01:24 08.09.2015
1276

Dağlarda yolunu azdı, 9 gündən sonra tapıldı

Təsəvvür edin dağlıq ərazi, qayalıqlar və vəhşi heyvanlar. Belə bir yerdə adam itkin düşür. Zaqatalada 68 yaşlı kişi dağlarda yolunu azıb və kəndə qayıda bilməyib. 10 gündən sonra yaşlı kişi sağ-salamat tapılıb. Bəs vəhşi heyvanlar arasında ac susuz o, necə qalıb?

Dağlarda yolunu azdı, 9 gündən sonra tapıldı. Avqustun 28-dən Zaqatala rayonu ərazisində, dağlarda itkin düşən 68 yaşlı Şamil Əliyevin tapılması yaxınlarını sevindirib. Əslən Zaqatalanın Mazıx kəndindən olan ancaq Bakıda yaşayan Şamil Əliyev həmin gün kənd sakini Ramazan Epdiyev və bir neçə nəfərlə yaylağa gedib. Geri qayıdanda yanındakılardan bir az aralanan kimi yolunu itirib. Havanın dumanlı olması işini çətinləşdirib.

Kənd sakinləri o gündən axtarışa başlayıblar. Polis əməkdaşları və qonşu kəndlərdən də 56 nəfərdən ibarət qrup axtarışa qoşulub. 9 gün davam edən axtarış nəticə verib, 68 yaşlı kişi ötən gün dağlıq ərazidə çayın kənarında tapılıb. O, dağlıq meşəlik ərazidə 9 gün yarım yalnız su və ətrafdan tapdığı meyvələrdən qidalanaraq sağ qalıb. Vəhşi heyvanların ona hücum etməməsini də xoşbəxtlik adlandırır.

Yaşlı kişi uzun müddət ac və stressli şəraitdə qaldığına görə bədənində ümumi zəiflik, halsızlıq və əsəb gərginliyi yaranıb. Həkim müayinəsindən keçən Şamil Əliyev hazırda bacısının evində ambulator müalicə alır.

OXŞAR XƏBƏRLƏR