"Yoluxma artsa da, qapanma olmayacaq"

"Yoluxma artsa da, qapanma olmayacaq"
SOSİAL
18:01 19.07.2022
277
Türkiyənin səhiyyə naziri qapanmaların olmayacağı barədə məlumat verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dünən keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Fahrettin Koca koronavirusa yoluxanların sayının artdığını, lakin qapanmalara ehtiyac olmadığını bildirib: "Yeni reanimasiya şöbələrinin açılması kimi bir şey yoxdur. Çaxnaşma yoxdur. İndi hamımız harada maska taxacağımızı bilirik. Yenidən bağlanma və buna bənzər hallar olmayacaq. Peyvəndimiz var, dərmanımız var, tədbirləri davam etdirin”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR