"Vaksinləşmə sürətlənsə və yolxuma azalsa, o zaman kinoteatrları, fitnes zallarını, məscidləri açmaq lazımdır. Toylara da icazə verilməlidir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Razi Nurullayev qeyd edib ki, şükür etməliyik ki, Operativ Qərərgah yoluxmanın artdığı vaxtda ciddi sərtləşməyə getmədi:
"Yoluxmanın sayında azalma müşahidə olunur. Amma biz şükür etməliyik ki, Operativ Qərərgah yoluxmanın artdığı vaxtda ciddi sərtləşməyə getmədi, rayonlara gediş-gəlişi, kafe-restoranları bağlamadı. Doğrusu, mən bunlara görə, həqiqətən çox şad oldum.
Amma bugünkü azalmalar hələ ona dəlalət etmir ki, ciddi yumşalmalara gedilsin. Mən düşünürəm ki, bu gün ən vacib olan məsələ vaksinləşməni sürətləndirməkdir. Mənə belə gəlir ki, məhz vaksinə görə yoluxma sayı azalır".
Deputat deyib ki, vaksinləşmədən sonra yumşaldılmaya gedilməlidir:
"Vaksinləşmə sürətlənsə və yolxuma azalsa, o zaman kinoteatrları, fitnes zallarını, məscidləri açmaq lazımdır. Toylara da icazə verilməlidir. Yəqin ki, bir-iki həftə gözləmək lazım gələcək.
Əgər bu azalma tempi davam edəcəksə, vaksinləşmənin sürəti artacaqsa, o zaman artıq Operativ Qərərgah çox ciddi yumşalmaya gedə bilər”.
Aydın Nuri