Yoluxmaların sayı artır: Koronavirus kabusu geri qayıdır?

Yoluxmaların sayı artır: Koronavirus kabusu geri qayıdır?
SOSİAL
11:43 30.06.2022
735
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım qeydə alınıb. Belə ki, dünənki statistika göstərdi ki, ölkədə sutka ərzində 36 yeni yoluxma qeydə alınıb. Hazırda aktiv xəstə sayı isə 164 nəfərdir.

Azərbaycanla qonşu ölkələrdə də koronavirusa yoluxma ilə bağlı artımlar müşahidə edilir. Belə ki, Türkiyə və Gürcüstan mətbuatında "Kabus geri qayıdır?” başlıqlı xəbərlər dərc edilməyə başlayıb.

Mövcud durumda ölkədə koronavirusa yoluxanların sayında artımın səbəbi nədir? Azərbaycanda koronavirusa yoluxanların sayı arta bilərmi? Yoluxma artacağı təqdirdə yenidən karantin sərtləşdirilə bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Baku.ws saytına açıqlamasında yaxın gələcəkdə karantinin sərtləşdirilmə ehtimalını istisna etməyib:

"Koronavirus hələlik davam edən pandemiyadır. Sosial şəbəkədəki bəzi şəxslərin fikirlərini kənara qoysaq, COVID-19 ciddi pandemiyadır. "Omikron” koronavirusun mutasiya edən sonuncu ştammı deyil. Mutasiyalar davam etdiyi üçün pandemiya bitməyib. ÜST də bununla bağlı heç bir raport verməyib.

Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı yumşaldılmaların olması pandemiyanın sona çatması mənasını vermir. Epidemioloji vəziyyətə uyğun olaraq karantin yenidən sərtləşdirilə bilər. Yoluxma təkcə qonşu ölkələrdə deyil, Almaniya və digər Avropa ölkələrində də artır. Yoluxanların arasında iki doza vaksin olunanlar da var. COVID-19 sürətlə mutasiyaya uğrayan virusdur. Virus əslində yoxa çıxmalı və ya orqanizmdə sitomeqalovirus kimi lövbər salıb qalmalıdır. Bu proses baş vermədiyi üçün reallıqla barışmalıyıq. Epidemioloji vəziyyət ciddiləşərsə, buna uyğun karantinin sərtləşdirilməsi tədbirləri görülə bilər”.

Tibb elmləri doktoru hesab edir ki, yoluxmaların yenidən artması bəzi ölkələrdə vaksinasiyanın aparılmaması ilə əlaqədardır:

"Bəzi ölkələrdə isə vaksinasiya çox zəif aparılıb. Çünki onların səhiyyə sisteminin durumu çox aşağıdır. Nəticədə kollektiv immunitet formalaşmayıb. Virus da imkan tapır ki, yeni mutasiyalar əmələ gəlsin. Bu gün qloballaşan dünyada yaşayırıq və hər hansı yerdən yeni mutasiya ştammı çıxır və sürətlə yayılır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb