‘Youtube’ da ən çox izlənilən ‘Eurovision’ mahnılarının adları açıqlandı – SİYAHI

MƏDƏNİYYƏT
11:45 05.04.2012
3370

Eurovision 2012-nin 42 mahnısının YouTube kanalında izlənmə sayı açıqlandı

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiya təmsilçilərinin video klipi birinci yerdədir

Eurovision Mahnı Müsabiqəsi 2012-də ifa olunacaq 42 mahnının video klipinin YouTube kanalında bu günədək izlənmə reytinqi açıqlanıb. Eurovision.az saytı xəbər verir ki, bu sıralamada birinci yerdə Rusiyanın müsabiqə təmsilçisi «Buranovskie babuşki» qrupu gəlir. Rusiya nümayəndələrinin «Party for everybody» mahnısının video versiyasını 1.020.505 şəxs izləyib.

YouTube kanalında izlənmə sayına görə ikinci yerdə Kipr təmsilçisi İvi Adamou (397.999), üçüncü yerdə isə Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink (381.848) qərar tutub. Azərbaycan bu sıralamada hələ ki, altıncı yerdədir. Təmsilçimiz Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi «When The Music Dies» mahnısının video versiyası bu günə kimi 217.763 dəfə izlənilib.

Sıranın 4-sü Türkiyə, 5-si Almaniya, 7-si Avstriya, 8-si Xorvatiya, 9-su Albaniya, 10-su isə Yunanıstandır. 57-ci Eurovision Mahnı Müsabiqəsinin favorit təmsilçiləri arasında olan Serbiya təmsilçisi Zeljko Yoksimoviçin müsabiqə mahnısının video versiyası 98.170, İsveç təmsilçisi Lorinin 70.133, Fransa təmsilçisi Anqunun 65.062 dəfə baxılıb.

Bu günkü göstəriciyə görə, bu sıralamada sonuncu yerdə İsveçrə təmsilçisi «Sinplus» qrupu dayanıb. Qrupun müsabiqə mahnısının klipinə 34.602 dəfə baxılıb.

Eurovision.az saytının bir neçə gün bundan əvvəl başladığı sorğunun da ilkin nəticələri məlumdur. Saytımızdakı sorğuda ilk onluqda sıralanma belədir: Ukrayna, İsveç, Azərbaycan, Fransa, Rusiya, Almaniya, Belarus, Norveç, İslandiya, Türkiyə.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq