Son illərdə bir çox insan internetdə məzmun yaratmaqla əhəmiyyətli miqdarda pul qazanmağa başlayıb.
AZXEBER.COM xəbər verir ki, şirkət "YouTube”dan pul qazanmaq istəyənlərə şad xəbər verib.
"YouTube” məzmundan pul qazanmaq üçün tələbləri aşağı saldığını açıqlayıb. Belə ki, həm adi videolar, həm də qısa məzmunlar üçün 2023-cü ildə "YouTube” Partnyor Proqramı vasitəsilə yükləmək üçün yaradıcıların videolarından pul qazanması tələbini əhəmiyyətli dərəcədə azaldıb.
2023-cü ildə "Youtube”da məzmun istehsal edərək pul qazanmaq üçün tələblər aşağıdakılardır:
-500 abunəçi;
-90 gün ərzində 3 etibarlı məzmun yükləmək;
-Son bir ildə ərzində 3000 saat izlənmə;
-Son 90 gün ərzində Shorts-a 3 milyon baxış;
Qeyd edək ki, əvvəllər "YouTube” pul qazanmaq üçün 1000 abunəçi, 4000 saat baxış və/və ya 10 milyon Shorts baxış tələb edirdi. Yeni tələblər bu rəqəmləri kəskin şəkildə azaldıb.
Ayşən