“YouTube” fenomeninin uşaqlarına işgəncə verməsi qan dondurdu

“YouTube” fenomeninin uşaqlarına işgəncə verməsi qan dondurdu
DÜNYA
14:45 20.12.2023
177
Məşhur fenomeninin uşaqlarına işgəncə verməsi qan dondurub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Posta”nın əldə etdiyi məhkəmə sənədlərinə görə, Ruby Franke adlı sosial media fenomeni 12 yaşlı oğlunu mayın 22-dən avqustun 30-dək saatlarla çöldə işlətdirərək ona işgəncə verdiyini və qaçmağa çalışarkən ayaqlarını bağladığını etiraf edib.

Məhkəmə sənədinə görə, "8 Passengers" adlı "YouTube” kanalı ilə tanınan Franke uşaqlarına işgəncə verib. 

O, övladına da saatlarla fiziki təzyiq göstərib. İyul ayında oğlu qaçmaq istəyərkən onun əl-ayağını bağlayıb.

O da məlum olub ki, fenomen ana övladının yaralarını ancaq homeopatik dərmanlarla və yapışqanla örtməklə "müalicə edib”.

Uşaq istismarında ittiham olunana qədər "YouTube” hesabında valideynlik tövsiyələrini səsləndirən Franke günahını etiraf edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR