“Youtube” üçün video çəkmək istəyən gənc öldü

“Youtube” üçün video çəkmək istəyən gənc öldü
DÜNYA
13:38 09.08.2021
978

Video çəkmək üçün çıxdığı Alp dağlarından yıxılan bloger vəfat edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "YouTube”da 175.000 abunəçisi olan Albert Dyrlundun video çəkərkən ehtiyyatsızlığın qurbanına çevrilib.

Məlum olub ki, Dyrlund 28 iyul Çərşənbə günü Alp dağlarının Forcella Pana bölgəsində "YouTube” kanalında yayımlamaq üçün bir video çəkirmiş. Bu vaxt naməlum səbəbdən gənc bloger yıxılıb.

Bölgəyə təcili xilasetmə vertolyotu çağırılsa da, gənc YouTuber hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Dyrlund "Team Albert" komediya filmindəki roluna görə 2019-cu ildə Danimarka Film Akademiyasından Robert Mükafatını qazanmışdı.

Mikayıl
OXŞAR XƏBƏRLƏR