Rusiyanın Dağıstan Muxtar Respublikasında bir neçə internet-provayder «YouTube» şəbəkəsinə çıxışı bloklaşdırıb. Buna şəbəkədə yerləşdirilən «Müsəlmanların məsumluğu» filmi səbəb olub.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, Rusiyanın bəzi bölgələrində prokurorluq orqanları yerli provayderlərə müraciət edərək bu filmi yerləşdirən internet resurslarına girişin məhdudlaşdırılması ilə bağlı göstəriş verib.