Dünyanın ən məşhur video paylaşma platforması olan "YouTube” istifadəçiləri narahat edən reklamları silmək qərarına gəlib.
AZXEBER.COM xəbər verir ki, yeni qərarla "YouTube”un masaüstü saytında videoların altındakı reklamlar götürüləcək.
Xüsusilə, videonun alt hissəsindəki hissəni görmək bu reklamlara görə zaman-zaman məhdudlaşırdı. Aprelin 6-dan etibarən istifadəçilər bu formatda reklamlarla qarşılaşmayacaq və bu reklam seçimi də "YouTube Studio”dan silinəcək.
Qarşıdakı dövrdə şirkət daha çox videonun əvvəlində, ortasında və sonunda reklamlar verməyə daha çox diqqət yetirəcək.
Şirkətin yeni siyasəti o demək ola bilər ki, videolar bundan sonra daha tez-tez reklamlarla kəsilə bilər.
Aydın