"YouTube"dan video izləyərək əməliyyat edən həkim ölümə səbəb oldu

DÜNYA
11:21 09.09.2024
129
YouTube-da izlədiyi videonun köməyi ilə öd kisəsi əməliyyatı etdiyi iddia edilən həkim 15 yaşlı yeniyetmənin ölümünə səbəb olub.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətində baş verib. 
 
Öd kisəsi əməliyyatından sonra dünyasını dəyişən uşağın ailəsi hadisə ilə bağlı açıqlama verib.
 
Ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən "YouTube videosu”nun köməyi ilə əməliyyat olunduğunu iddia edib.

Əməliyyat zamanı ürəyi dayanan uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini iddia edən ailəsi övladının ölümünə "saxta həkim"in səbəb olduğunu deyib.

Ailəsi həkimin uşaqlarını xəstəxanada qoyaraq qaçdığını da əlavə edib.

Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR