“YouTube”dan yeni funksiya: Dünyanın ən böyük xəbər mərkəzi olacaq

MARAQLI
13:52 20.10.2023
329
"YouTube” yanlış məlumatların yayılmasının qarşısını almaq üçün xəbər mərkəzi yaradır. 

AZXEBER.COM xəbər verir ki, bununla da istifadəçilər mənbələrdən gələn müxtəlif xəbərləri izləyə biləcəklər.

Yanlış məlumatlara qarşı ehtiyat tədbiri olaraq, "YouTube” istifadəçilərini etibarlı xəbər mənbələrinə yönəltmək üçün xəbər mərkəzi yaratmağa qərar verib.

Beləliklə, platforma dünyanın ən böyük xəbər izləmə platformasına çevrilə bilər.

Xüsusiyyətə video, canlı yayımlar, podkastlar da daxil olmaqla nüfuzlu mənbələrdən müxtəlif formatlarda xəbərlər daxil olacaq. Yeni funksiya 40 ölkədə mobil cihazlarda mövcuddur və gələcəkdə masaüstü və TV proqramlarına gələcək.

Ayşən

OXŞAR XƏBƏRLƏR