"Google"un video yayım platforması olan "YouTube"də yeni dəyişikliklər gözlənilir.
AZXEBER.COM xəbər verir ki, bir müddətdir bəzi istifadəçilər üçün əlçatan olan yeni "podcast" tətbiqi artıq bütün dünyada mövcuddur. Ən son yeniləmə ilə kanal səhifələrində indi "Live” və "Playlist” şəbəkələri arasında yerləşən yeni "Podkastlar” səhifəsi var.
Podkastlar "YouTube Music" tətbiqində də görünəcək.
İstifadəçilər "YouTube"də yayımlanan video podkastları həm video, həm də yalnız audio ilə izləyə və ya endirə biləcəklər.
Podkastlarla əlaqəli axtarış seçimləri də "YouTube Music"in axtarış bölməsinəə əlavə olunacaq.
Qeyd edək ki, bununla belə, "YouTube Music" podcast dəstəyi hələ sınaq mərhələsindədir və hazırda məhdud girişə malikdir.
Mikayıl