Xəzər dənizində tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşib. Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, həmin şəxs Bakı şəhər sakini, 2012-ci ilin dekabrın 18-də itkin düşən 1980-ci il təvəllüdlü Seymur Səmədovdur.Qeyd edək ki, S. Səmədov itkin düşənədək Azərbaycan Sənaye Bankının ”Mətbuat" filialında çalışıb.Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhərinin Xətai rayonu ərazisində dənizdə 1 nəfərin cəsədi olması barədə məlumat daxil olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dalğıc-xilasedicilər axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində saat 15:15 radələrində 1 nəfər naməlum kişi cəsədi suda aşkarlanaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.Hazırda ölən şəxsin kimliyi araşdırılır.