FİFA prezidenti Ağdam komandasının gözəl oyununu qeyd edib.
FİFA prezidenti Yozef Blatter 2014/15 mövsümündə Topaz Premyer-Liqasının qalibi “Qarabağ”ı təbrik edib.
AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin adına olan məktubda FİFA “Qarabağ”ı dünya futbol ailəsi adından çempionatda qələbə və azarkeşlərinə sevinc bəxş edən gözəl oyun münasibəti ilə təbrik edib, eləcə də Ağdam klubuna gələcəkdə böyük uğurlar arzu edib.