Yük gəmisi batdı, xeyli insan itkin düşdü

Yük gəmisi batdı, xeyli insan itkin düşdü
DÜNYA
13:19 25.01.2023
226

Yaponiyada yük gəmisi batıb.

AZXEBER.COM xəbər verir ki, Yaponiyanın cənub-qərbindəki Naqasaki sahillərində 22 nəfərlik heyətdən ibarət yük gəmisi batıb.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, Honq-Konq bayrağı altında 6551 tonluq "Jintan” yük gəmisi Naqasaki sahillərində batıb. Danco adalarının 110 kilometr qərbində batmış gəmidə olan 22 ekipaj üzvündən 4-nün xilas edildiyi qeyd edilib.

Yük gəmisinin heyətindən 14-nün Çin, 8-nin isə Myanma vətəndaşı olduğu bildirilib.

Yaponiya Sahil Mühafizəsi qalan ekipajı xilas etməyə davam edir.

Ayşən

OXŞAR XƏBƏRLƏR