Motosikleti ilə yük maşınının arxasına çırpılan 18 yaşlı gənc sürücü aparıldığı xəstəxanada dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Sakarya bölgəsində baş verib.
Əldə edilən məlumata görə, Bilecik istiqamətində hərəkət edən bir qrup gənc motosikletçi arasında 18 yaşlı motosiklet sürücüsü Ramazan Əli Nemli yük maşınını arxadan vurub.
Toqquşmanın zərbəsi nəticəsində ağır yaralanan 18 yaşlı motosiklet sürücüsü xəbər üzərinə bölgəyə gələn təcili yardım qruplarının göstərdiyi ilk yardımın ardından xəstəxanaya aparılıb.
Müdaxilələrə baxmayaraq Nemli həyatını itirib. Faktla bağlı araşdırmalara başlanılıb.
Oksana