Məktəbli oğlan yolun kənarında dayanıb və yoldan ötən yük maşınını saxladaraq minib.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Ərzurumda baş verib.
Bayburtda yaşayan orta sinif şagirdi, 13 yaşlı G.G. yük maşınına mindikdən sonra sürücü onu Ərzuruma gətirib.Zərərçəkmişin polisə verdiyi ifadəyə görə, aprelin 19-da Ərzuruma gedərkən sözügedən məktəblini yük maşınına mindirən 48 yaşlı sürücü V.Ç. şəhərə yaxınlaşan zaman dövlət idarələrinin birində mühafizə xidmətində işləyən dostu A.T.-yə zəng edərək belə deyib: “Evi hazırla, uşaqları göndər getsinlər, sənə qonaq gətirirəm”.Atatürk məhəlləsində yerləşən və işlədiyi idarəyə aid olan yataqxanada yaşayan 46 yaşlı A.T. isə iddialara görə, oğlana elə yataqxana otağında təcavüz edib. “Kargo”çu səhərisi gün yenə uşağı yük maşınına mindirərək Bayburta qaytarıb.Oğlunun itdiyindən xəbər tutan ata isə məktəbə yollanıb və uşağının 13 gündür ki, dərsə gəlmədiyini öyrənib. Oğlan aprelin 20-də tapılıb. Atası onu küçədə görüb və polis bölməsinə aparıb. Məktəbli başına gələnləri nəql etdikdən sonra, aprel ayının 22-də sürücü həbs olunub.