Yük maşınında 13 immiqrant tutuldu

DÜNYA
13:53 26.09.2024
142
2-si Fələstin, 11-i Suriya vətəndaşı olan 13 mühacir polis qrupları tərəfindən müəyyənləşdirilərək yük maşınında tutulub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kırklareli bölgəsində baş verib. Alınan məlumata görə, polis qrupları şübhə səbəbiylə Dereköy yolunda bir kamazı dayandırmaq istəyib. Dayanma xəbərdarlığına əməl etməyən kamaz polis tərəfindən izlənməyə başlayıb.
 
Nəticədə qruplar yük maşınını dayandıra biliblər. Yük maşınında aparılan axtarış zamanı 2-si Fələstin, 11-i Suriya vətəndaşı olmaqla mühacir saxlanılıb.
 
Polis bölməsində əməliyyatları tamamlanan şübhəlilər ədliyyəyə sövq edilib. Şübhəlilər məhkəmə tərəfindən həbs edilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR