“Yüksək nəticə göstərəcəyimə əmin idim” - 700 bal toplayan Hüseyn

“Yüksək nəticə göstərəcəyimə əmin idim” - 700 bal toplayan Hüseyn
SOSİAL
12:30 03.09.2020
632
"Dayanmadan çalışaraq, sistemli şəkildə məşğul olaraq, öyrənərək, həvəsdən düşməyərək 700 bal toplamağa nail oldum. Buna görə çox sevincliyəm".

AZXEBER.COM xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent Hüseyn Abdullayev deyib. O, son 2 il ərzində Xırdalanda hazırlıq kursuna getdiyini söyləyib.

"İmtahan zamanı müəyyən çətinlik çəkdim. Amma çəkilən əziyyət və tələbə olmaq arzusu, istəyi məncə bu çətinliyi hiss etdirmədi”.

Hüseyn bildirib ki, pandemiya ilə əlaqədar dərslərin onlayn olması başlanğıcda effektiv alınmırdı: "Bu da tədrisin onlayn olmasının ilk dəfə təşkil olunması ilə bağlı idi. Amma müəyyən adaptasiya dövründən sonra hər şey əvvəlki axarına qayıtdı. Ənənəvi dərslərdəki kimi məsuliyyətli və sistemli oldum”.

H.Abdullayev buraxılış imtahanları zamanı 300 bal toplayacağına əmin olmadığını etiraf edib. Buna baxmayaraq, o, qəbulda maksimum nəticə göstərmək üçün var gücü ilə çalışıb.

"Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarında 400 bal toplamışdım. Bu, mənim özgüvənimi artırırdı. Əmin idim ki, qəbulda yüksək nəticə əldə edəcəm”.

Rekordçu abituriyent Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq niyyətindədir. O, BANM-ın İnformasiya təhlükəsizliyi fakültəsində oxumaq istəyir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?