Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi - Sərəncam

Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi - Sərəncam
SOSİAL
14:08 26.11.2024
148
Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR