Yüksək təzyiqin təbii üsulla müalicəsi -Diyetoloq məsləhəti

MARAQLI
20:28 31.07.2015
2284
Hər yaş qrupu üçün faydalı olan süd yüksək təzyiq problemini də nəzarət altında saxlayır. İstehlak edilən süd və süd məhsullarının tərkibində kalsiumun miqdarının az olması arterial qan təzyiqini artıraraq hipertoniyaya səbəb olur. Bu səbəbdən kalsium istehlakının artırılması lazımdır. Kalsium və fosfor baxımından ən zəngin qidalar isə süd və süd məhsullarıdır.AZXEBER.COM-un məlumatına görə, Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuatına istinadən xəbər verir ki, diyetoloq və professor Nəriman İnanc südün ürək sağlamlığına birbaşa müsbət təsir etdiyi qənaətindədir.Mütəxəssis yüksək təzyiqi nəzarət altında saxlamaq üçün gündə iki stəkan süd içmək lazım olduğunu vurğulayıb.Uşaqlıqdan mütəmadi olaraq süd içmək yaşlandıqca ortaya çıxan ürək xəstəliklərinin qarşısının alınmasında da təsirlidir.Mütəxəssis südün içərisində qan təzyiqini normaya salan zülal, kalsium, fosfor kimi qida elementlərinin olduğunu vurğulayıb. İnancın fikrincə, südün bu xüsusiyyəti təzyiqi normal səviyyədə saxlayaraq ürək xəstəlikləri riskini azaldır.
OXŞAR XƏBƏRLƏR