Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur - FOTO

Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur - FOTO
SOSİAL
17:02 22.05.2023
586
Polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin edilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Azər Məmmədov 1987-90-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.

1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.
 

 


OXŞAR XƏBƏRLƏR