Yüksək vəzifəyə seçilən Sahib Məmmədov kimdir? – DOSYE

Yüksək vəzifəyə seçilən Sahib Məmmədov kimdir? – DOSYE
SİYASƏT
12:50 26.08.2024
1100
Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçirilib.

AZXEBER.COM unikal-a istinadən xəbər verir ki, istefa verən sədr Səttar Möhbalıyevin yerinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov seçilib.

O, 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq” fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

2001-2007-ci illərdə BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi” (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi” üzrə kursları (İrlandiya) bitirib.

2022-ci ildə Harvard Biznes Məktəbinin "Menecerlər üçün iqtisadiyyat” Sertifikat Proqramını bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb. 2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib. 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.

2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə "Tərəqqi” medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
13:11 23.06.2026
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar