Yunan adalarına qaçmağa cəhd edən 11 FETÖ üzvü və aralarında işdən qovulan hakimlər, polislər və müəllimlərin də olduğu 4 təşkilatçı yaxalanıb.
AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Muğla bölgəsində baş verib.
İşdən çıxarılan hakimlər Bilal Özcan (42), Səməd Arslantürk (34), Əmrə Zorlu (36), müəllimlər Sevdenur Barsbay (37), Mehmet Akan (37), Muhammet Yusuf Eren (36) məhkəməyə göndərilib.
Polis rəisi Ümit Bek (54), komissar Kazım Barsbay (37), işsiz Merve Gözüdeli (34), təşkilatçılar Jaylee Tayla Brennan (26), Mihriban Ünlü (24), Deniz Çağatay Oğuz (26) və Emre Takmaz (24) nəzarətə alınıb.
Hakimlər Oğuz S. (47) və Burcu Z. (35) şərti olaraq azadlığa buraxılıblar.
Oksana