Yunan jurnalistdən Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA: "İlk tətiyi çəkən tərəf uduzacaq"

Yunan jurnalistdən Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA: "İlk tətiyi çəkən tərəf uduzacaq"
DÜNYA
15:52 26.10.2022
268
Türkiyə Yunanıstanın gündəmindən düşmür. Afinadan gələn açıqlamalarla Egey dənizindəki gərginlik artarkən, Yunan mətbuatından diqqət çəkən daha bir xəbər yayılıb. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğanın "Bir gecə birdən gələ bilərik” sözlərinin əks-sədaları davam edir.

Belə ki, mətbuat orqanlarının mövzularını Türkiyəyə həsr edən Yunan mətbuatı demək olar ki, hər gün Türkiyənin yerli silahlarını və mümkün gedişlərini öz manşetlərinə çıxarır.

Türkiyənin Yunanıstana qarşı təxribat edə biləcəyini iddia edən yunan mətbuat orqanı "eKathimerini"nin baş redaktoru Aleksis Papachelas Egey üçün 3 ssenari açıqlayıb.
 
Ankaranın Yunanıstanı tətiyi ilk çəkməyə məcbur edəcəyini iddia edən yunanıstanlı jurnalist "İlk tətiyi çəkən tərəf uduzur" yazıb.
 
Qeyd edək ki, Türkiyənin hər bir məsələnin müzakirə olunduğu bir dialoq prosesini istədiyini bildirən Papachelas Ankaranın adaların qeyri-hərbi statusla silahlandırılması məsələsini gündəmə gətirdiyini xatırladıb və "Heç bir Yunan siyasi lideri belə bir müzakirəyə girməz” şərhini verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR