Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyəyə gələn Yunanıstan komandası ölkələrinə qayıtdıqdan sonra yaşadıqlarını danışıb.
AZXEBER.COM xəbər verir ki, Yunanıstanın Xüsusi Fəlakətlərə Qarşı Mübarizə Qrupunun (EMAK) komandası ölkələrinə qayıtdıqdan sonra İqlim Böhranı və Mülki Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında təəssüratlarını və təcrübələrini bölüşüblər.
Yunanıstan axtarış-xilasetmə qrupu üçün Türkiyə mətbuatında dərc olunan dostluq mesajlarına münasibət bildirən komanda türk xalqının yaşadıqları çətinliklərə baxmayaraq, onlara çox mehriban və ailədən biri kimi yanaşdığını bildirib.
Yaşadıqları çətinlikləri bir kənara qoyub onlara çay, yemək və şirniyyat təklif etməyə çalışdıqlarını ifadə edən komanda türk xalqı ilə çox yaxşı ünsiyyət qurduqlarını dilə gətirib. Tibb Qrupunun rəhbəri Sokratis Dukas "Hara getsək, yunan olduğumuzu deyəndə hamı bizi qucaqladı",- deyə açıqlamasında bildirib.
Ayşən