Yunanıstan Azərbaycandan neft idxalını artırıb

Yunanıstan Azərbaycandan neft idxalını artırıb
İQTİSADİYYAT
20:28 21.08.2026
232
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Yunanıstana 182,8 milyon ABŞ dolları dəyərində 284,4 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin Azərbaycanın xarici ticarətinin gömrük statistikası məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53,8 milyon ABŞ dolları və ya 41,7%, həcm baxımından isə 52 min ton və ya 22,4% çoxdur.

Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan Yunanıstana 232,4 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri isə 129 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 372,7 milyon ABŞ dolları və ya 4,9 faiz çox, həcm baxımından isə 1,7 milyon ton və ya 12,1 faiz azdır.

/İqtisadiyyat
OXŞAR XƏBƏRLƏR