Yunanıstan kömək etməyə davam edir - 5 təyyarə Türkiyəyə humanitar yardım aparacaq

Yunanıstan kömək etməyə davam edir - 5 təyyarə Türkiyəyə humanitar yardım aparacaq
DÜNYA
11:05 10.02.2023
163
İlk gündən Türkiyənin yardım çağırışına müsbət cavab verən Yunanıstan Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələdən sonra Türkiyəyə 5 təyyarə ilə humanitar yardım göndərməyə qərar verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan hökuməti 5 təyyarə ilə Türkiyəyə humanitar yardım göndərmək qərarına gəlib. 

Buna uyğun olaraq Yunanıstandan Türkiyəyə həm sığınacaq, həm də səyyar təcrübə kimi istifadə edilə bilən 7 min 500 ədyal, 1500 çarpayı və 500 çadır göndəriləcək. 

Digər tərəfdən Yunanıstan Türkiyəyə iki dəfə ayrı axtarış-xilasetmə qrupu göndərib.

Ayşən
OXŞAR XƏBƏRLƏR