Yunanıstanın müxtəlif bölgələrində 3 gündür davam edən meşə yanğınları nəzarət altına alına bilmir.
AZXEBER.COM Yunan mətbuatına istinadən xəbər verir ki, paytaxt Afinaya yaxın Lutraki, Meqara, İnoi və Dervenohoria bölgələrində yanğınlar küləyin təsiri ilə yayılarkən, Afinanın yerləşdiyi Attika bölgəsində baş verən yanğınlarda ən az 50 min hektar meşə və əkinçilik sahəsi, çoxlu ev və nəqliyyat vasitəsi yararsız hala düşüb.
Yanğın səbəbiylə bəzi yaşayış məntəqələri ehtiyat tədbiri olaraq boşaldılırsa, Afina yaxınlığındakı neft emalı zavodunu qorumaq üçün bəzi magistral yollar bağlanıb.
Rodos adasında dünən axşam saatlarında başlayan meşə yanğını ciddi fəsadlara yol açıb.
Səlahiyyətlilər yanğının üç nöqtədə nəzarətsiz şəkildə davam etdiyini və davamlı olaraq yayıldığını qeyd edib.
Yunanıstanın Polşa, Slovakiya və Rumıniyadan yardım istədiyi də bildirilib.
Yardımın cümə gününə qədər ölkəyə çatacağı gözlənilir.
Yunanıstan Meteorologiya Xidməti sabah yanğın riskinin hələ də yüksək olduğu barədə xəbərdarlıq edib.
Mikayıl