Yunanıstan parlamenti 13 saatlıq iş günü haqqında mübahisəli qanunu qəbul edib

Yunanıstan parlamenti 13 saatlıq iş günü haqqında mübahisəli qanunu qəbul edib
DÜNYA
19:35 16.10.2025
120
Yunanıstan parlamenti xüsusi hallar üçün 13 saat işləməyə icazə verən yeni qanunu təsdiqləyib.

Bu barədə AFP məlumat verib.

Həmkarlar ittifaqları və müxalifət partiyaları iki gün parlamentdə müzakirə olunan qanun layihəsinin əlehinə sərt çıxış etsələr də, qanun qəbul olunub.

Ölkədə keçirilən etiraz mitinqləri də qanunun qəbulunun qarşısını ala bilməyib.

Yeni qanuna görə, işçilər əlavə ödəniş müqabilində ildə məhdud sayda günlərdə gündə 13 saata qədər işləyə bilərlər.

Ölkənin Əmək Nazirliyi bildirib ki, 13 saat işləmək işçilər üçün könüllüdür.

Lakin həmkarlar ittifaqları təkid edirlər ki, işəgötürənlər bu məsələdə daha üstün mövqedədir, çünki ölkədə iş yerlərində yoxlamalar demək olar ki, yoxdur.
 
 \apa
OXŞAR XƏBƏRLƏR