Yunanıstan parlamenti sərt iqtisadiyyata 'hə' dedi

DÜNYA
08:02 08.11.2012
944
Yunanıstan parlamenti sərt büdcə iqtisadiyyatı ilə bağlı yeni paketi təsdiqləyib. Paket parlamentin müzakirəsinə hökumət tərəfindən təqdim olunmuşdu.AZXEBER.COM-un “Reuters”ə istinadən verdiyi məlumata görə, yenili hakim koalisiyaya daxil olan iki partiya - “Yeni demokratiya” və PASOK dəstəkləyirdi. Onların parlamentdə 153 yeri var. Üçüncü koalisiya partiyası - “Dkmokratik sollar” düzəlişlərə səs verməkdən imtina edib. Qeyd edək ki, Yunanıstan parlamentində 300 deputat var.Büdcə iqtisadiyyatı tədbiləri dövlət qulluqçularının maaşlarının, pensiya ödənişlərinin azaldılmasını nəzərdə tutur. Yeni tədbirlər paketinə əsasən, büdcə xərcləri və verci güzəştləri 13,5 milyard avro azaldılmalıdır.Bunun müqabilində Afina 30 milyard avro həcmində yeni kredit tranşı alacaq. İkinci kredit yardımı prorqamının ümumi dəyəri 130 milyard avro olacaq.

OXŞAR XƏBƏRLƏR