Yunanıstan Qırmızı dənizdə təhlükəsizlik koalisiyasına qoşulacaq

Yunanıstan Qırmızı dənizdə təhlükəsizlik koalisiyasına qoşulacaq
DÜNYA
18:25 21.12.2023
167
Yunanıstan Hərbi Dəniz Qüvvələrinin freqatı Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq əməliyyata qatılacaq.

Bu barədə ölkənin müdafiə naziri Nikos Dendias bildirib.

"Yunanıstan ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli qüvvələr koalisiyasına öz dəniz freqatını göndərəcək. O, kommersiya gəmilərinin Qırmızı dənizə maneəsiz çıxışını dəstəkləyəcək”, - o qeyd edib.

Yaxın günlərdə Yunanıstan Hərbi Dəniz Qüvvələrindən bir komandanın Qırmızı dəniz əməliyyatı üçün koordinasiya mərkəzinin yerləşəcəyi Bəhreynə yollanacaq.
 
///report
OXŞAR XƏBƏRLƏR