Yunanıstan tərəfindən suya atılan miqrantlar Türkiyə tərəfindən xilas edildi

Yunanıstan tərəfindən suya atılan miqrantlar Türkiyə tərəfindən xilas edildi
DÜNYA
10:52 17.05.2023
151
Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 12 qeyri-qanuni miqrant Balıkəsirdə Ayvalık mahalında müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Ayvalık sahillərində bir qrup qeyri-qanuni miqrantın olduğu öyrənilib.

Bunun üzərinə Sahil Mühafizəsinin "KB-4510” kateri bölgəyə göndərilib.

Komandalar Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan 12 qeyri-qanuni miqrantı xilas edib.

Qeyri-qanuni miqrantlar əməliyyatların ardından Balıkəsir Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR