Yunanıstana qaçmaq istəyərkən yaxalanan 4 FETÖ/PDY şübhəlisi həbs edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Ədirnə bölgəsində baş verib.
Belə ki, 4 gün əvvəl Ədirnənin mərkəzində 1-ci dərəcəli hərbi qadağan olunmuş bölgədə təhlükəsizlik qüvvələri tərəfindən aparılan yoxlamalar zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan FETÖ/PDY şübhəliləri A.S., G.K., G.S. və A.S. adlı şəxslər saxlanılıb.
Şübhəlilər polis qruplarına təhvil verilib. Proseslərin ardından ədliyyəyə sövq edilən şübhəlilər gətirildikləri çağırış hakimi tərəfindən həbs ediliblər.
Oksana