Ədirnədə Yunanıstana qaçmağa cəhd edən 3 terror şübhəlisi saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Təhlükəsizlik Qüvvələri mərkəzdəki 1-ci dərəcəli hərbi qadağa zonasında əməliyyat keçiriblər.
Əməliyyatlar nəticəsində qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan FETÖ/PDY şübhəliləri saxlanılıb.
Şübhəlilər 3 nəfər olublar və əməliyyatların ardından polis qruplarına təhvil veriliblər.
Oksana