Yunanıstanın dünyaca məşhur turist adaları Paros və Mikonos güclü yağışdan sonra tarixlərinin ən dağıdıcı daşqınları ilə üzləşib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan turistik Paros və Mikonos adalarında baş verən sel fəlakəti ilə sarsılıb. Bazar ertəsi günortadan sonra başlayan və intensivliyi sürətlə artan yağışlar adada təbii dağıntılara səbəb olub.
Yağışlardan sonra küçələr çaya çevrilib, dəbdəbəli maşınları bir-bir sel suları aparıb. Sahildə yerləşən Parikia və Naoussa şəhərlərində evlər, otellər və restoranlar tamamilə su altında qalıb, yüzlərlə turist öz tətilində qapalı qalıb.
Paros Bələdiyyə Başçısı Kostas Bizas, Naoussa balıqçı kəndindəki bir çayın daşdığını və nəzarətsiz bir şəkildə evləri və iş yerlərini su basdığını açıqlayıb.
Ən azı 40 avtomobil sürüklənərək yararsız hala düşüb. Turistlər və yerli sakinlər tərəfindən sosial şəbəkələrdə paylaşılan görüntülərdə sel sularının küçələrdə bir neçə metr qalxması, nəqliyyat vasitələrinin dənizə sürüklənməsi görünür.
Gülay