Yunanıstanda dəhşətli qətl: İş adamını öldürüb yandırdılar

Yunanıstanda dəhşətli qətl: İş adamını öldürüb yandırdılar
DÜNYA
11:58 08.02.2024
188
Yunanıstanda iş adamı Hristos Gialias vəhşicəsinə qətlə yetirilib.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, iş adamının yanmış cəsədi Qərbi Attika bölgəsində tapılıb.

Futbol klubları ilə də əlaqəsi olan Gialiasın vəhşicəsinə öldürüldükdən sonra Mandrada avtomobilində yandırıldığı müəyyən edilib.
 
Polis qrupları atəş səsləri ilə əraziyə gedib və Gialiasın yanmış cəsədini alovlar içində avtomobildən çıxarıb.

İki nəfərin iş adamını Kalaşnikovla öldürdüyü, yandırdığı və motosikletlə hadisə yerindən qaçdığı qeydə alınıb.

Əvvəllər narkotik və silah alverinə görə məhkum olunmuş Gialiasın həyat yoldaşı da 2018-ci ildə güllələnərək öldürülüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR