Yunanıstanda güclü zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, Yunanıstanın Krit adasında 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
Son xəbərlərə görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin açıqlamasına görə, zəlzələnin episentri Herakliondan 129 kilometr şərqdə qeydə alınıb.
Bildirilir ki, zəlzələ Türkiyədə də hiss olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.