Yunanıstanın Volos şəhərində minlərlə ölü balığın dəniz üzərinə çıxması səbəbindən ölkəyə narahatedici qoxu yayılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, kütləvi balıq ölümləri şəhərdə dözülməz üfunət iyi yaratdığına görə ölkə turizminə böyük zərbə vurub.
Yunanıstan Turizm Nazirliyi tərəfindən edilən açıqlamada Volosun sahil hissəsindəki ticarət obyektlərinin son 3 gündə 80 faiz azaldığı və bəzi müəssisələrin müvəqqəti olaraq bağlanmaq məcburiyyətində qaldığı bildirilib.
Bölgədəki otellərin rəsmiləri, yaranan problemin bölgənin imicinə xələl gətirdiyi üçün məsul şəxslərə qarşı məhkəmə iddiası açaraq təzminat tələb etməyi düşündüklərini bildiriblər.
Hadisənin nədən baş verdiyi hələ də açıqlanmayıb.
Cəmalə