Yunanıstanda meşə yanğını baş verib

Yunanıstanda meşə yanğını baş verib
DÜNYA
12:07 02.04.2024
109
Yunanıstanın Katerin şəhərindəki meşə sahəsi alova təslim olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xilasedicilərin bütün müdaxiləsinə baxmayaraq yanğını nəzarət altına almaq mümkün olmayıb.

Yunan mətbuatının məlumatına görə, dünən günorta saatlarında başlayan yanğın davam edir.

Yanğınsöndürənlərin havadan və qurudan müdaxilə etdiyi yanğının bütün səylərə baxmayaraq nəzarət altına alına bilmədiyi bildirilib.

Çətin gedilən ərazidə təsirli olduğu qeyd edilən yanğının söndürülməsi işlərinə 59 yanğınsöndürmə briqadası və 15 yanğınsöndürmə maşınının qatıldığı deyilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR