Yunanıstanda miqrant qayığı gəmi ilə toqquşdu -15 nəfər öldü

Yunanıstanda miqrant qayığı gəmi ilə toqquşdu -15 nəfər öldü
DÜNYA
18:45 04.02.2026
255
Egey dənizində, Yunanıstanın Xios adası yaxınlığında miqrantları daşıyan qayıq Sahil Mühafizənin gəmisi ilə toqquşub.

Bu barədə Yunanıstan Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunub ki, qayıqda azı 40 miqrant olub. Hadisə nəticəsində 15 miqrant ölüb, 25-i isə xilas edilib.

Məlumata görə, xilas edilənlərin əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır, onlar xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR