Yunanıstanda Qərbi Nil virusundan 8 nəfər öldü

Yunanıstanda Qərbi Nil virusundan 8 nəfər öldü
DÜNYA
15:46 08.08.2024
148
Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 8-ə yüksəlib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yunanıstan Milli Sağlamlığı Qurumu açıqlama verib
 
Məlumata görə, avqustun ilk həftəsində daha 2 nəfər virus səbəbilə ölüb.
 
Bununla da virusdan dünyasını dəyişənlərin sayı 8-ə çatıb.

Qurumun açıqlamasında daha 22 nəfərin sözügedən virusa yoluxduğu qeyd edilib.

Ölənlərin sayının artma ehtimalı yüksəkdir.
 
Qeyd edək ki, Qərbi Nil virusu milçəklərdən insanlara yoluxur.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR