Yunanıstanda sel fəlakəti baş verdi

Yunanıstanda sel fəlakəti baş verdi
DÜNYA
18:12 28.09.2023
250
Yunanıstan güclü yağışlar səbəbindən ikinci dəfə daşqın qorxusu yaşayır.

AZXEBER.COM xəbər verir ki,  Yunanıstanın Thessaly bölgəsində sentyabrın əvvəlində baş verən sel fəlakətindən sonra leysan yağışlar səbəbindən yenidən daşqınlar baş verib.

Evlər, iş yerləri, əkinçilik sahələri və yollar su altında qalıb, sürüşmə nəticəsində bir çox yollar nəqliyyatın hərəkətinə bağlanıb. Güclü yağış səbəbindən Volosun böyük bir hissəsinə elektrik verilməyib.

Mülki Müdafiə Bölməsi insanlara çölə çıxmamaları barədə xəbərdarlıq edib. 

Gülay
OXŞAR XƏBƏRLƏR