Yunanıstanın paytaxtı Afina da daxil olmaqla, ölkə daxilində tarixi evlərin baxımsızlıq səbəbindən uçmaq təhlükəsi ilə üzləşdiyi bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanda 1500-ü paytaxt Afinada olan təxminən 20 min tarixi ev taleyin üzünə tərk edilib.
Ev sahibləri ilə səlahiyyətlilər arasında razılıq əldə olunmadığından bu tarixi evlərdə bərpa işləri aparıla bilmir.
Baxımsızlıq ucbatından hər an uçmaq təhlükəsi ilə üzləşən tarixi evlər yerli vətəndaşlar və turistlər üçün böyük təhlükə yaratmaqla yanaşı, turizm sektoruna və investorlara mənfi təsir göstərir.
Qeyd edək ki, Larissa şəhərində 2022-ci ildə bir tələbə köhnə evin uçması nəticəsində divarın altında qalaraq həyatını itirmişdi.
Ayşən