YUNİSEF- dən 15 yaşlı Azərbaycan vətəndaşının ermənilər tərəfindən girov götürülməsinə - MÜNASİBƏT

SİYASƏT
14:37 08.09.2014
991
YUNİSEF-in Bakı nümayəndəliyi 15 yaşlı Azərbaycan vətəndaşı, Tərtər rayon sakini Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinə münasibət bildirib.
Nümayəndəlikdən APA – ya bildiriblər ki, YUNİSEF bütün dünyada uşaqlara qarşı zorakılığın əleyhinədir.
Beynəlxalq təşkilat sözügedən məsələdə də uşaq hüquqlarının və beynəlxalq konvensiyaların əsas tutulmasını vacib hesab edir: “Lakin YUNİSEF bu işə cəlb olunmayıb. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Cavid Məmmədovun məsələsi ilə məşğul olur və bu istiqamətdə göstərilən səylər nəticə verəcək”.
OXŞAR XƏBƏRLƏR