Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış “Yunus Emre: eşqin səsi” filminin qala-gecəsi keçirilmişdir.
AZXEBER.COM məlumatına görə, filmin təqdimat mərasimi Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin, TİKA- (Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi)nin təşkilatçılığı ilə baştutub.Filmin çəkilişi YunusEmrenin məmləkəti olan Eskişeherin - ötən il türk dünyasının mədəniyyət paytaxtının - “Qalıcı əsərlər” layihəsi çərçivəsində reallaşdırılıb.
Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı YunusEmrenin həyatından bəhs edir.
Üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir.
Bir çox məşhur sənətkarların çəkildikləri filmin rejissoru Kürşat Kızbazdır.
Yunus İmrə obrazını əvvəllər də tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırmışdır. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm,Ahmed Mekin iştirak ediblər.
Qala-gecədə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Evin, Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak edib.





