Yurd TV: “Rəsulzadənin əsərlərinin böyük tirajla beş cilddə nəşr olunması planlaşdırılır” - VİDEO

SİYASƏT
13:34 27.11.2013
1325

Sərəncamı oxuyanda dedim ki, görəsən Prezident haradan bilirdi ki, mənim ürəyimdən bu keçirdi?

AZXEBER.COM Yurd TV-yə istinadən xəbər verir ki, tədqiqatçı professor Şirməmməd Hüseynov Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə sərəncamı haqqında fikrini bildirib və deyib ki, bu, indiyə qədər Rəsulzadəyə verilən ən dəyərli qiymətdir.Ş.Hüseynov Rəsulzadənin xüsusilə ədəbi irsinin təbliğ edilməsinin vacib olduğunu söyləyib:“Rəsulzadə irsinə bundan böyük diqqət ola bilməz. Mən uzun illərdir Rəsulzadə irsini araşdırıram. Ona görə də ancaq onu deyə bilərəm ki, bu sərəncam indiyə qədər Rəsulzadəyə azərbaycanlılar tərəfindən göstərilən ən böyük diqqət oldu”.Professorun sözlərinə görə, M.Ə.Rəsulzadənin əsərlərinin böyük tirajla beş cilddə nəşr olunması və onların respublika kitabxanalarına verilməsi planlaşdırılır.“Bundan yaxşı nə ola bilər ki?”, - deyə o əlavə edib.Alim M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə dair dörd cildlik tədqiqatın müəllifidir.Qeyd edək ki, mövzu ilə əlaqədar daha ətraflı məlumatı Yurd TV-nin reportajından əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR