Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı ziddiyyətli açıqlamalar verir.
AZXEBER.COM-un Yurd TV-yə istinadən verdiyi xəbərə görə, o bir tərəfdən mövcud hakimiyyəti dəstəklədiyini deyir, digər tərəfdən isə partiyasının dili ilə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini prezident sayır.Elə Milli Şuranın son mitinqində də VHP-nin Mərkəzi Aparatının rəhbəri Samir Əsədli Cəmil Həsənliyə bir neçə dəfə cənab prezident deyə müraciət edib.VHP-nin mövqeyinə aydınlıq gətirməsi üçün S.Əsədli ilə əlaqə saxlasaq da, o Bakıdan kənarda, Ağcabədi rayonunda olmasını əsas gətirərək telefonla müsahibə verməkdən imtina elədi.VHP sədri S.Rüstəmxanlı isə baş verənlərə aydınlıq gətirmək əvəzinə qardaşı Şahbaz Xuduoğluna məxsus “Qanun” nəşrlər evində aparılan vergi yoxlamasını siyasiləşdirməyə çalışıb.Bundan başqa sözügedən mətbəənin bağlanması ilə bağlı xəbərlər yayılıb. Amma Ş.Xuduoğlu özü Modern.az saytına nəşriyyatın bağlanmasını təkzib edib.Yeri gəlmişkən, qeyd edək ki, bu mətbəə C.Həsənlinin seçkiqabağı təşviqatında fəal iştirak edib.VHP-nin ziddiyyətli davranışları jurnalistləri də təəccübləndirib. Jurnalist Eynulla Fətullayev yaranmış ikitirəliyə görə S.Rüstəmxanlını sərt tənqid edib. Bunun qarşılığında isə S.Rüstəmxanlının qardaşı Ş.Xuduoğlu E.Fətullayevi hədəfə alaraq onu nankorluqda günahlandırıb.Öz növbəsində E.Fətullayev Ş.Xuduoğlunun onun barəsində dediklərini cəfəngiyat adlandıraraq onu şəxsi münasibətləri ictimailəşdirməkdə qınayıb.Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə S.Rüstəmxanlının bu davranışından təəccüblənmir. VHP sədrini küləyə görə istiqamətini dəyişən flügerlə müqayisə edən A.Əlizadənin sözlərinə görə, S.Rüstəmxanlı kim hakimiyyətə gəlirsə, onunla yaxın münasibətlər qurmağa çalışır.Qeyd edək ki, S.Rüstəmxanlının ziddiyyətli açıqlamaları sosial şəbəkələrdə və internet saytlarında da müzakirə mövzusuna çevrilib. VHP-dən isə bir-birini təkzib edən açıqlamalar gəlməkdə davam edir.Mövzu ilə bağlı geniş materiala Yurd TV-nin aşağıdakı süjetində baxa bilərsiniz: